Səfər sindromu davam edir

sefer-sindromu-davam-edir
Oxunma sayı: 877


“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” yenə səfərdə iki xal itirib. Bu dəfə “Karabükspor”la 0-0 hesablı heç-heçə edən Cim Bom növbəti səfərindən də 1 xalla qayıdıb. Bu ümumilikdə, cari mövsüm ərzində “Qalatasaray”ın 13-cü səfər matçında itirdiyi 22-ci xaldır. 25 turdan sonra 49 xal toplayan “Qalatasaray” iki oyun az keçirmiş və hazırda 51 xalı olan, lider “Fənərbaxça”dan 2 xal geri qalır.

 

İqbal