“Səfərdə simpatiyalı komandaya qalib gəldik” - Politeviç

seferde-simpatiyali-komandaya-qalib-geldik
Oxunma sayı: 1177

“Əlbəttə, Azərbaycanla çətin qarşılaşma oldu. Ancaq yəqin ki, hər ikimizdə eyni sayda qol vəziyyətləri oldu”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Belarus millisinin futbolçusu Sergey Politeviç bildirib.

Onun fikrincə, Azərbaycan yığmaısyla Bakı Olimpiya Stadionudakı yoldaşlıq görüşündə yaxşı, çətin qələbə qazanıblar: “Səfərdə yaxşı və simpatiyalı komandaya qalib gəldik. Bir komandadan çox futbolçu var. Görünürdü ki, xətlər arasında yaxşıdı, bir-birlərini yaxşı daşa düşürlər. Bu matçı baş məşqçimizin tələblərinə əsasən keçirdik. Oynamağa çalışdıq, ancaq istənilən halda çətindi: gəlirsən və artıq yeni baş məşqçiylə cəmi iki gündü məşq edirsən. Axı komandada hər birinin tam fərqli tələbləri var. Cəmi iki günə buna uyğunlaşmalı idik. Əlbəttə, ağırdı. Ancaq qələbəyə sevinirik. Çoxdan qalib gəlmirdik, buna görə yolumuza davam edirik”.
 
Müdafiəçi oyunda arxa xətdən çətin çıxmalarının iki fakorla bağlı olduğu söyləyib: “Çünki rəqib çox yaxşı pressinq edirdi və bizdən müdafiədən çıxmaq tələb olunurdu. Ancaq bu, çətin alınırdı. Bütün zonalar bağlı idi, bir-birimizi sığortalayardıq. Allah eləməsin, hansısa xəta olsaydı, yenə məğlubiyyət, yenə həmin neqativ. Artıq neqativ bezdirib. Elə də yaxşı oyunla qalib gəlmək yox, sadəcə, müsbət nəticə əldə etmək, yolumuza davam etmək və öz oyunumuz haqda düşünmək istəyirdik”.