Səfir Akademiyada olub

sefir-akademiyada-olub
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, qonaqları qəbul edən rektor Elmar Qasımov bildirib ki, günü-gündən inkişaf edən ölkəmizdə beynəlxalq standartlara cavab verən kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini də qeyd edib.

M. C. S. Baldi də Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. Səfir Bakı Ali Neft Məkətbi ilə İtaliyanın tanınmış Piza Universiteti, Alfa Prosess Kontrol şirkəti və dünyada tanınmış ENİ şirkətinin Korporativ Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.
Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilib.