Səfir etimadnaməni prezidentə təqdim edib

sefir-etimadnameni-prezidente-teqdim-edib
Oxunma sayı: 640

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina prezidentinə Maurisio Makriyə təqdim edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, etimadnamənin təqdim olunması mərasim əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Argentina Prezidentinə çatdırıb.

Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.