Səfir icra başçısı ilə görüşdü

sefir-icra-bascisi-ile-gorusdu
Oxunma sayı: 1289

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral Gəncə şəhərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə hər iki qardaş ölkənin iqtisadi, mədəni və digər sahələrdə uğurla davam edən əlaqələrindən söhbət açılıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə geniş potensial imkanlar olduğu diqqətə çatdırılıb.