Səfir ölkəmizi uzaq Afrikaya tanıdır

sefir-olkemizi-uzaq-afrikaya-tanidir
Oxunma sayı: 641

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Die Burger” CAR-da Afrikans dillində çap olunan ən böyük qəzetdir. Müsahibə Azərbaycanda iqtisadi vəziyyət, burada həyata keçirilən biznes layihələri, iqtisadi siyasətinə, regionda və dünyada artan nüfuzuna, Azərbaycan-CAR biznes əlaqələri və iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivlərinə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

Eyni tarixdə səfir Keyptaun Ticarət Palatasında Azərbaycan İqtisadiyyatı barədə təqdimetmə mərasimi keçirib. Mərasimdə çıxış edən səfir Arifa Parker ölkənin ən qədim və 200 ildən artıq yaşa malik Ticarət Palatası, öz sıralarında CAR-ın ən aparıcı biznes şirkətlərini cəmləşdirən təşkilat olduğunu bildirib.

Tədbirdə Ticarət Palatasının əməkdaşları, Azərbaycanla biznes əlaqələrin yaradılmasında maraqlı olan şirkətlərin nümayəndələri və digər şəxslər iştirak edib. Əyani vəsaitlər vasitəsilə keçirilən təqdimatda E.Poluxov ölkəmizin iqtisadi göstəriciləri, regionda lider roluna malik olmasını sübut edən məlumatları, mövcud biznes imkanları və sərmayə potensiyalı barədə məlumat verib.