Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

sefir-qudsi-osmanovun-oglu-serhedi-kecerken-saxlanildi
Oxunma sayı: 6166

Belarusun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları azərbaycanlı diplomatın oğlunu saxlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə fontanka.ru saytı məlumat yayıb. Saxlanılan 27 yaşlı Emil Osmanov qanunsuz bank fəaliyyətində ittiham olunur.

Məlum olub ki, Osmanov Vyanadan Minskə gəlib və orada diplomatın oğlunu şəxsi sürücüsü gözləyib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Osmanovu təqib ediblər və gənc biznesmen Rusiya ilə sərhədi keçərkən saxlanılıb. E.Osmanov kortejlə Peterburqa aparılıb. 

İstintaqın versiyasına görə, Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır. 

Rusiya Cinayət Məcəlləsinin 172-ci maddəsi ("Qanunsuz bank fəaliyyəti") ilə 2018-ci ilin mayında cinayət işi açılıb. 

Qeyd edək ki, Emil Osmanov Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun oğludur.