Səfirdən erməni jurnalistin anım mərasiminin “Sarı gəlin”in sədaları altında keçirilməsinə münasibət

Səfirdən erməni jurnalistin anım mərasiminin “Sarı gəlin”in sədaları altında keçirilməsinə münasibət
Oxunma sayı: 2153

Bu gün Şəhidlər Xiyabanını ziyarət edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da olub. 

“Qafqazinfo” xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında şəhidlərin doğru bildikləri yol, vətən uğrunda canlarını fəda etdiklərini,  Azərbaycanın müstəqillik yolunu açdıqlarını bildirib.

“Xalqın iradəsini, istəklərini susdurmağa çalışanlar öz yıxdıqlarının altında qaldılar. Həqiqətən də 20 Yanvar insanlığa qarşı böyük cinayətdir. Bunu unutmayaq ki, doğruluq, ədalət, vətən sevgisinin qarşısına sərhəd çəkilə bilməz. Bütün türk dünyasınım başı sağ olsun”.

Səfir erməni jurnalist Hrant Dinkin anım mərasiminin Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları altında keçirilməsinə də toxunub. O, Kanal D-də yayımlanan həmin proqramı izləmədiyi üçün rəy verə bilməyəcəyini söyləyib.

“Dinkin ölümü Türkiyədə hər kəsin reaksiyanına səbəb oldu. Kim olur olsun, heç kəs cinayətə qurban getməməlidir. Anım mərasimlərində duyğusal anlar yaşana, mərhum hörmətlə yad edilə bilər. Lakin mütləq başqa dəyərlərə də hörmət etmək lazımdır. “Sarı gəlin” mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir”-, deyə E. Özoral söyləyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi