Səfirə hücum edildi

sefire-hucum-edildi
Oxunma sayı: 633

"Qafqazinfo” xəbər verir ki, hadisə Liviya prezidenti Müəmmər Qəddafinin devrilməsində iştirak edən inqilab veteranlarını hərbi atteşe səfirliyin Parisdəki binasında qəbul edərkən baş verib.

Səfirliyin hərbi atteşesi tərəfindən qəbul olunan 20-dən artıq veteran Parisdə müalicə üçün ayrılan tibbi xərclər məsələsinin həllini tapmamasından qəzəblənərək səfirin kabinetinə hücum çəkib. Əlbəyaxa savaş zamanı səfir bədən xəsarəti alıb. Hadisə yerinə dərhal çağırılan fransız polisi 3 veteranı həbs edib.