Səfirlik əməkdaşı qəzaya düşdü

sefirlik-emekdasi-qezaya-dusdu
Oxunma sayı: 958

Bakıda səfirlik əməkdaşı qəzaya düşüb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  hadisə fevralın 22-də axşam saatlarında Neftçilər proslektində baş verib. 

Beyləqan rayon sakini, 1969-cu il təvəllüdlü Namiq Vəliyevin idarə etdiyi "Qazel" markalı 90 JC 441 nömrəli maşınla Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Rəsul Səadətinin idarə etdiyi İran səfirliyinə məxsus "Mercedes" markalı 003D002 nömrəli avtomobillə toqquşub. 

Hadisə nəticəsində xəsarət alan olmayıb, "Mercedes"in sol tərəfi əzilib. 

Murad Əhməd