Səfirlik maşını qəzaya düşdü

sefirlik-masini-qezaya-dusdu
Oxunma sayı: 648

Qəza zamanı əvvəlcə Münasib Həsənov idarə etdiyi “Toyota” markalı avtomaşını qarşıda hərəkətdə olan Mehman Əhmədovun idarə etdiyi “KIA” markalı avtomaşının arxa hissəsinə vurub. Bundan sonra hər iki avtomaşın yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Bu zaman arxadan gələn Pərviz Musayevin idarə etdiyi “BMW” markalı atvomaşının “KIA”-ya çırpılması isə qəzada əzilən avtomaşınların sayını üçə çatdırıb. Yol nəqliyyat hadisəsi zamanı avtomaşınlar yarasız vəziyyətə düşsə də, xəsarət alan olmayıb.

Avtoqəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hazırda qəzanın dəqiq hansı sürücünün səhlənkarlığı ucbatından qeydə alındığı araşdırılır. Qeyd edək ki, hadisə zamanı qəzaya düşən avtomaşınlardan biri - “BMW” markalı maşının azərbaydanda fəaliyyətdən göstərən xarici diplomatik nümayəndəliklərdən birinə məxsus olduğu bildirilir.