“Səfirliklər Şengen vizası üçün ödənilən pulu mənimsəyir”

sefirlikler-sengen-vizasi-ucun-odenilen-pulu-menimseyir
Oxunma sayı: 1010

“Bir sıra səfirliklər Azərbaycan vətəndaşlarının Şengen vizası almaq üçün ödədiyi pulu mənimsəyirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib. 

O qeyd edib ki, Azərbaycan vətəndaşları Şengen vizası almaq üçün səfirliklərə müraciət edirlər: “Ancaq miqrasiya məsələləri ilə bağlı Avropa ölkələri vizanı müraciət edən kimi vermirlər. Vətəndaşın ödədiyi pulu səfirliklər mənimsəyir. Çalışmalıyıq ki, boşluqları dolduraq”.

Deputat həmçinin hava limanlarına giriş üçün taksilərin ödədiyi rüsuma da toxunub. O bildirib ki, hava limanına metro getmir, ona görə də vətəndaş ora məcbur taksiylə getməlidir: “Bir taksiylə 10 dəqiqə girib-çıxmağa görə pul ödənilməməlidir”.