Səfirliyin alverçi əməkdaşları işdən qovuldu

sefirliyin-alverci-emekdaslari-isden-qovuldu
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qaçaqmalçılıqda ittiham olunan Polşanın Rusiyadakı səfirliyinin iki əməkdaşı Polşa XİN-nin əmrinə uyğun olaraq vəzifələrindən azad ediliblər. Adları açıqlanmayan diplomatlar Belarusla sərhəddə saxlanılıblar. Polşa gömrükçüləri onların üzərində olan 100 min ədəd siqareti (5 min standart qutu) götürüblər. Onların ümumi dəyəri isə 50 min zlot (təxminən 16 min ABŞ dolları) kimi qiymətləndirilir.

Polşanın sərhəd keşikçiləri qaçaqmalçılıqla bağlı işi məhkəməyə göndərmək niyyətindədirlər.

Səidə