Səfirliyin əməkdaşları Avropa Hərəkatının rəhbərliyi ilə görüşüb

sefirliyin-emekdaslari-avropa-herekatinin-rehberliyi-ile-gorusub
Oxunma sayı: 638

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, AAH-ın prezidenti Ramin Hacılı və Beynəlxalq Əlaqələr üzrə katib Nəzakər Ağayeva ilə görüş keçirən qonaqlar Almaniyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Avropa Hərəkatı arasında gələcək əməkdaşlıqları müzakirə ediblər.

2013-cü il “Avropa ili” elan edən AAH mart ayını Almaniya ayı kimi qeyd etməyi planlaşdırır. Bu barədə Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə cənab Fredirik Hanke ay ərzində səfirliklə AAH-nın həyata keçirilə biləcək tədbirləri müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq mart ayı ərzində Almaniya mədəniyyəti, təhsili və digər sahələri ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlı ilkin razılıqlar əldə olunub.

Daha sonra qonaqlar AAH-ın ofisi, əməkdaşları və fəaliyyəti ilə tanış olublar.