“Səfirliyin köçürülməsi iki il ərzində olmayacaq” - Reks Tillerson

sefirliyin-kocurulmesi-iki-il-erzinde-olmayacaq
Oxunma sayı: 1777

ABŞ-ın Dövlət Katibi Reks Tillerson səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi prosesinin 2 il çəkə biləcəyini açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Tillerson bunu Parisdə Fransa xarici işlər naziri Jan-Yves Le Drianla görüşündən sonra bildirib.

O deyib ki, səfirliyin köçürülməsi 2019-cu ilə qədər böyük ehtimalla baş tutmayacaq.

Tillerson sözlərinə əlavə edib ki, Tramp bu məsələdə qətiyyətli olmağı tələb edib.