Səfirliyin mühafizəçisi diplomatın 15 yaşlı qızına təcavüz edib

sefirliyin-muhafizecisi-diplomatin-15-yasli-qizina-tecavuz-edib
Oxunma sayı: 652

Türkiyədə Almaniya səfirliyində çalışan diplomatın 15 yaşlı qızı təcavüzə məruz qalıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə iyunun 15-də diplomatın qızı məktəbə gedərkən baş verib. 

Diplomatın şikayəti əsasında azyaşlıya əllə təcavüz edən şəxsi tapmaq üçün ərazidəki müşahidə kameralarına baxış keçirilib. Məlum olub təcavüzçü Hollandiya səfirliyinin təhlükəsizlik xidmətində çalışan 33 yaşlı Onur.Ö-dür. 

Türkiyə vətəndaşı təcavüz etdiyini etiraf etməsə də, məhkəmə həbsinə qərar verib.