Səfirliyin qarşısında aksiya keçirildi

sefirliyin-qarsisinda-aksiya-kecirildi
Oxunma sayı: 632

İran prezidenti Mahmud Əhmədinejatın İrəvana son səfərinə və İranla Ermənistan arasında yaxınlaşmaya etiraz edən aksiya iştirakçıları İran əleyhinə şüarlar səsləndiriblər. Onların sırasında “Əhmədinejat erməni, türkün düşməni”, “Erməniyə dayaq verən müsəlman deyil”, “Fars şovinizminə ar olsun”, “Erməninin dostu İslam dininin düşmənidir” şüarları olub.

Aksiya iştirakçıları piketin qətnaməsini səfirliyə təqdim ediblər.

Hazırda isə aksiya iştirakçıları Fransa parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarına etiraz olaraq Fransa səfirliyinin qarşısında piket keçirirlər.