“Şəhər darıxır bizsiz” - Samir qayıtdı

seher-darixir-bizsiz
Oxunma sayı: 2928

Uzun müddətdir ki, yaradıcılığında yenilik etməyən, efirdən uzaq gəzən Samir Cavadzadə yeni layihəsini təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki,  müğənni yeni açdığı rəsmi “Youtube” səhifəsində “Şəhər darıxır bizsiz” adlı mahnısını yayımlayıb. 

Bu məqamda bildirək ki, sözügedən bəstə səhifədə yerləşdirilən ilk mahnıdır. 

“Şəhər darıxır bizsiz”in sözləri və musiqisi Lalə Məmmədovaya məxsusdur. 

Qeyd edək ki, Samir sonuncu dəfə ötən il həmkarları Lalə Məmmədova, Samir Piriyevlə birgə “Dua” adlı duetlərini təqdim etmişdilər.