Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilir

seherde-tehlukesizlik-tedbirleri-guclendirilir
Oxunma sayı: 691

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Qazaxıstanın hakimiyyət orqanları ötən həftə etiraz aksiyaları keçirilmiş şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirir.

Şahmatşəkilli düzülmüş bloklar şəhərə daxil olan avtomobilərin hərəkətni məhdudlaşdırır. “İnterfaks-Kazaxstan” agentliyi xəbər verir ki, şəhərin girişində zirehli transportyorlar dayanıb və xüsusi təyinatlı dəstə keşik çəkir.

Şəhər polis idarəsinin həyətində suvuran maşınlar, hərbi və polis atomobilləri hazır vəziyyətdə saxlanılır.

Hal-hazrda şəhərdə vəziyyətin sakit olduğu xəbər verilir, mobil rabitə bərpa olunub. Şəhərin küçələrində insanlar görünməyə başlayıb. Lakin Janaozendə mağazaların bir qismi işini bərpa edib.