Şəhərdə tıxac var - Diqqət!

seherde-tixac-var
Oxunma sayı: 4720

Bakıda keçirilən Novruz şənlikləri ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində tıxaclar yaranıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda həm şəhərin mərkəzinə Azneft dairəsindən daxil olan yolda, həm də Nobel prospekti istiqamətində avtomobillərin sıxlığı müşahidə olunmaqdadır. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu gün saat 8:00-dan Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, istiqamət dəyişdirilib. Bu məhdudiyyət saat 13:00-dək davam edəcək. 

Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulub. 

***

Onu da qeyd edək ki, hazırda şərhərin mərkəzindən kənarda yerləşən Qara Qarayev prospekttində də tıxac yaranıb.