Şəhərdə zibil yandıranlar cərimələndi

Şəhərdə zibil yandıranlar cərimələndi
Oxunma sayı: 797

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.

“Qafqazinfo” xəbər verir ki, reyd zamanı Nizami rayonu, İ.Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı sözügedən ünvanda “Gündüz-AS” MTK tərəfindən  hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub.   

Faktla bağlı MTK-nın direktoru Zakir Bəkirov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün MTK-nın direktoruna icrası məcburi olan “məcburi göstəriş” verilib.

Reyd zamanı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 34 ünvanında yerləşən köhnə əlvan metal qəbulu zavodunun ərazisində də sənaye tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilib. 

Araşdırma zamanı tullantıların fiziki şəxs Fərahim Nəsibov tərəfindən toplanaraq  yandırıldığı müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi