Şəhərin mərkəzində avtobus qadını vurub öldürdü

seherin-merkezinde-avtobus-qadini-vurub-oldurdu
Oxunma sayı: 2030

Nəsimi rayonu, S.Vurğun küçəsində qəza baş verib. 

“Qafqazinfo” xəbər verir ki, fevralın 8-də saat 8 radələrində Bakı şəhər sakini Elxan Məmmədov idarə etdiyi “İveco” markalı xətt avtobusu ilə yolu keçən qadını vurub. 

Şamaxı rayon sakini olan Mehriban Hüseynova xəstəxanaya yerləşdirilsə də orada ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.