Şəhərin mərkəzində “Bazarstore”

seherin-merkezinde-bazarstore
Oxunma sayı: 663

“Qafqazinfo” xəbər verir ki, “28 Mall”da fəaliyyətə başlayan “Bazarstore”un yeni 3000 m² sahəyə malik satış mərkəzində 30 min çeşiddə məhsul istehlakçılara təklif olunmaqdadır.
Açılışı dövlət müstəqilliyimizin növbəti ildönümü ərəfəsinə təsadüf edən satış mərkəzi məhsul çeşidinin bolluğu, qiymətlərin münasibliyi və ən əsası yüksək keyfiyyəti ilə xidmətə başlayıb. Təntənəli açılış mərasimində qırmızı lenti kəsən “Azərsun Holdinq”in İdarə heyətinin üzvü mərkəzin belə bir əlamətdar ərəfədə istifadəyə verilməsinin sevindirici hadisə olduğunu bildirib. Qeyd edib ki, modern pərakəndəçiliyin ən uğurlu nümunəsi olacaq bu mərkəz sakinlərin tələblərini yüksək səviyyəli xidməti və bol çeşidi ilə qarşılayacaqdır. Bildirib ki, “Bazarstore” satış şəbəkəsi hər bir istehlakçının arzu etdiyini tapa biləcəyi və məmnun qalacağı satış mərkəzi olmağı başlıca məqsədi hesab edir.
Açılış günü minlərlə sakinin axın etdiyi satış mərkəzində təklif olunan bütün məhsulların qiymətləri olduqca əlverişlidir. İstehlakçilara yüz faiz təbii olmaqla bal və arıçılıq məhsulları, balıq çeşidləri, meyvə-tərəvəz, bir sözlə bütün məişət və qida məhsulları Bazarstor zəmanətlilə təklif olunur. Yeni satış mərkəzinə axın edən insanlar mərkəzinin müasir tələblərə cavab verdiyini qeyd edib və xidmət səviyyəsini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, “Bazarstore”un digər satış mərkəzləri Xətayi, Gənclik, Bakıxanov qəsəbəsində və Şüvəlandakı “Şüvəlan Park”da fəaliyyət göstərməkdədir. Bütün satış mərkəzlərində məhsullar daim təzədir, satılan ətlər islami qaydalara uyğun kəsilir. Satılan bütün mallar müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır. Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarət isə ən üst səviyyədə təşkil olunub..