Şəhərsalma və Tikinti Məcəlləsi komitədə müzakirə olundu

sehersalma-ve-tikinti-mecellesi-komitede-muzakire-olundu
Oxunma sayı: 855

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin marağına səbəb olan bu qanun layihəsi barədə komitə üzvü Çingiz Qənizadə aşağıdakıları bildirib: “Bu gün 106 maddədən ibarət olan Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi komitədə müzakirə olunaraq II oxunuş üçün plenar iclasa çıxarılması tövsiyə olundu. Bu məcəllədə şəhərsalma və tikintinin konkret hədləri və qaydaları müəyyən olunmaqla indiyə qədər bu sahədə olan boşluqlar və qanunsuzluqlar aradan qaldırılır. Burada vətəndaşları daha çox maraqlandıran “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri”nin siyahısı göstərilən maddədir”.

Qanun layihəsinin 79-cu maddəsində qeyd olunur ki, hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadrat metr olan bir mərtəbəli yardımçı tikililərin;
hündürlüyü ən çoxu 5 metr, sahəsi 70 kvadrat metr olan kənd təsərrüfatı obyektləri;
hündürlüyü 2metr 20 sm olan hasarlar;
hündürlüyü ən çox 8 metr olan enerji və ya işıqlandırma dirəkləri, antenna qüllələri və ya tutumu ən çox 10 kub metr olan su çənləri qüllələri;
köşklər, örtüklər, buna bənzər obyektlər, açıq idman və ya oyun meydançaları, açıq avtomobil dayanacaqları;
tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililər;
fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektləri;
hündürlüyü ən çox 3 metr, sahəsi 50 kvadratmetr olan yardımçı tikililər;
hündürlüyü ən çox 3 metr, sahəsi 50 kvadratmetr olan istixana və oranjereyaların tikintisinə icazə tələb olunmur.

Qanunun 80-ci maddəsində isə qeyd olunur ki, mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinini tikintisi üçün sadəcə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir və tikintinin layihəsi onlara təqdim olunur. 30 gün müddətində layihəyə irad bildirilmədikdə tikinti işlərinə başlanıla bilər.

Həmçinin bu məcəllədə müəyyən planlaşdırma və abadlaşdırma ilə bağlı torpaq sahəsi üçün maraqlı şəxsə kompensasiya verilməsi də nəzərdə tutulub.