Şehiç 562 dəqiqədir ki, qol buraxmır

Şehiç 562 dəqiqədir ki, qol buraxmır
Oxunma sayı: 656

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasındakı quru oyunlar seriyasını 6-ya çatdırıb. 

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, 17-ci turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniya və herseqovinalı sonuncu dəfə 9-cu turda qol buraxıb. 
 
O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb. Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İbrahimin quru seriyası 562-yə dəqiqəyə çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi