Şehiç milliyə gedir

sehic-milliye-gedir
Oxunma sayı: 647

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı qolkiper DÇ-2018-in seçmə mərhələsində avqustun 31-də səfərdə Kipr, sentyabrın 3-də Cəbəllütariqlə oyunlara dəvət edilib.

İbrahim baş məşqçi Mehmet Bajdareviçin çağırdığı 30 futbolçu arasında yer alıb. O, UEFA Çempionlat Liqasında Danimarka “Kopenhagen”i ilə avqustun 23-dəki matçdan sonra düşərgədən ayrılıb vətəninə yollanacaq.