Şəhid ailələri ilə həmrəylik kampaniyası başladı

sehid-aileleri-ile-hemreylik-kampaniyasi-basladi
Oxunma sayı: 654

Bir qrup gənc Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə şəhid ailələri ilə həmrəylik kampaniyasına start verib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və təbliği, şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır.

Kampaniyada iştirak etmək istəyənlər www.shehidimiz.az saytına daxil ola və ya sosial şəbəkələrdə #ŞƏHİDİMİZ həştəqi ilə paylaşımlar edə bilərlər.