Şəhid ailələrinə Bakının bu qəsəbələri və daha 2 rayonda mənzil veriləcək - Siyahı

sehid-ailelerine-bakinin-bu-qesebeleri-ve-daha-2-rayonda-menzil-verilecek
Oxunma sayı: 4111

“İl sonuna kimi şəhid ailələrinə 583 mənzil və fərdi ev təqdim olunacaq”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.

Nazir bildirib ki, mənzillərin paylanmasına 25 noyabrdan etibarən başlanılacaq:

“Qaradağ rayonunda 200 mənzil, Zabrat qəsəbəsində 95 mənzil, Mehdiabad qəsəbəsində 72 mənzil, Müşfiqabad qəsəbəsində 24 mənzil, İmişlidə 54 mənzil, Şamaxıda 36 mənzil verilməsi planlaşdırılıb”.

Günel Hacı