Şəhid ailələrinə ev verildi - Fotolar

sehid-ailelerine-ev-verildi
Oxunma sayı: 1097

Bu gün Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Qafqazinfo" MN-ə istinadən xəbər verir ki, sonra düşmən təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış mayor Aqşin Abdullyevin, gizir Sənan İsayevin ailələrinə, istefada olan gizirlər Natiq Mehdiyev və Ülfət Həsənova şəhid və yaralı hərbi qulluqçuların sosial müdafiəsi çərçivəsində yeni mənzillərin orderləri verilib.

Ulu Öndərin ad günündə evlə təmin olunan şəhid ailələri və istefada olan hərbi qulluqçular göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.