Şəhid ailələrinin üzvləri aksiya keçirdi - - Fotolar

sehid-ailelerinin-uzvleri-aksiya-kecirdi-
Oxunma sayı: 1775


Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, etiraz aksiyasının keçirilməsinə səbəb Konstitusiya Məhkəməsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun bəzi müddəalarının şərh olunması üçün bu il oktyabrın 25-də növbəti, xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının hələ də elan olunmamasıdır. Yada salaq ki, həmin  iclas Fərhad Abdullayevin sədrliyi ilə və Ali Məhkəmənin sorğusu əsasında keçirilib. Üstündən iki ay keçməsinə baxmayaraq onun nəticəsindən hələ də bir xəbər yoxdur.

Şikayətçilər iki aydan artıq vaxt keçməsinə baxmayaraq onlara bu barədə heç bir məlumatın verilməməsinə, adıçəkilən qanunun bəzi müddəalarının şərh olunması üçün növbəti xüsusi konstitusiya icraatı qaydasında keçirilən iclasın qərarının elan olunmamasına etiraz edirlər.

Xatırladaq ki, Qarabağ əlilləri və şəhid ailələri dekabrın 5-də Konstitusiya Məhkəməsinin binasının qarşısında piket keçirmişdilər. Onlara yaxın 10 gün ərzində qərarın təqdim olunacağı sözü verilmişdi.

Hazırda PA-nın binası qarşısında 50-60 insan var. Adamların axını davam edir.

Aksiyaçıların bir qrupu PA-nın qəbul otağına dəvət olunub. PA əməkdaşları ilə onların arasında söhbət gedir.

Bu arada onu da deyək ki, aksiya iştirakçılarına və hadisəni işıqlandıran jurnalistlərə təzyiq var. Qəhrəmanov soyadlı mayor xüsusilə “fərqlənir”...