Şəhid əsgərin medalı ailəsinə verildi

sehid-esgerin-medali-ailesine-verildi
Oxunma sayı: 669


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu münasibətlə şəhidin  doğulduğu Astara rayonunun Pəlikeş kəndində  medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik  Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Rüstəm Əzizovun daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.  Daha sonra  şəhidin layiq görüldüyü medal onun valideynlərinə  təqdim olunub.


Qeyd edək ki, 2014-cü il noyabrın 20-də saat 12.45 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsindəki N saylı hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rüstəm İzzət oğlu Əzizov döyüş postunda olarkən düşmən gülləsindən şəhid olub.