Şəhid komandir bu gün torpağa tapşırılacaq

sehid-komandir-bu-gun-torpaga-tapsirilacaq
Oxunma sayı: 3465

Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti bu gün doğulduğu Qax rayonunda dəfn olunacaq.

"Qafqazinfo" xəbər verir ki, 36 yaşlı mayor Aqil Omarov tabor komandiri olub. 

İki oğlu olan A. Omarovu tanıyanlar dünəndən sosial şəbəkələrdə onunla bağlı müsbət fikirlər yazıb xatirələrini bölüşüblər.

Bir daha qeyd edək ki, şəhid mayor bu gün Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi hadisəylə bağlı bəyanat yayıb. Bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir.