Şəhid mayor Omarov dəfn olundu - Fotolar

sehid-mayor-omarov-defn-olundu
Oxunma sayı: 5340

Azərbaycan Silahlı Qüvvələrinin şəhid hərbi qulluqçusu, mayor Aqil Omarov dəfn edilib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhidimiz doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin əməkdaşları, əsgər və zabitlər iştirak ediblər.

Şəhid torpağa tapşırıldığı an xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.

Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var.