Yoldaşlarını xilas etmək üçün qumbaranın üstünə atıldı - Fotolar

Yoldaşlarını xilas etmək üçün qumbaranın üstünə atıldı
Oxunma sayı: 17577

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir.

“Qafqazinfo” xəbər verir ki, mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.

E. Əliyev Füzuli rayonunda dəfn olunub. 

Dəfn mərasimində mayorun hərbçi yoldaşları və rayon rəhbərliyi iştirak edib.

Qeyd edək ki, Elnur Əliyev Füzulinin Dədəli kəndindəndir, ailəlidir.

Şəkildəki uşaq şəhid Elnur Əliyevin oğludur

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi