Şəhid polkovnikin xanımına vəzifə verildi

sehid-polkovnikin-xanimina-vezife-verildi
Oxunma sayı: 1612

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun arvadı Sevinc Orucovaya (Əlizadə) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində vəzifə verilib.

"Qafqazinfo" Femida.az-a istinadən xəbər verir ki, Sevinc Orucova Komitənin Gender Siyasəti ve Qadın Problemleri Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. 

Komitənin İnformasiya Şöbəsindən faktı  təsdiqləsələr də, vəzifə haqqında ətraflı məlumat verilməyib.