“Şəhid və Qarabağ əlillərinə verilən müavinət artırılsın...”

sehid-ve-qarabag-elillerine-verilen-muavinet-artirilsin
Oxunma sayı: 5129

Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, çıxış edən millət vəkili Vahid Əhmədov qeyd edib ki,  Milli Məclisdə qan pulu məsələsinə bir neçə dəfə toxunulub: “Bununla bağl əlillər bizə müraciət edir. Vaxtında müəyyən sənədlər Nazirlər Kabinetinə spiker tərəfindən hazırlanaraq  göndərilib. Amma hələ də cavab yoxdur. Bilirəm ki vəsait çoxdur. Bu məsələni onsuz gec- tez həll etməliyik”.
 
Deputat Əli Məsimli qeyd edib ki, qiymətləri artdığı şəraitdə pensiyaların da artırılmasına ehtyac var: “ Nəzərə alsaq ki, pensiya yaşı da artırılıb. Nəzərə alsaq ki, pensiyaçıların fərdi  hesablarında yığılmış məbləğ 16 min təşkil etməlidir ki, 110 manat pensiya ala biləsən.  Bu  baxımdan yanaşdıqda, pensiyanın artırılmasına ehtiyac var”.

Deputat  Zahid Oruc qeyd edib ki, Azərbaycan neft ölkəsidir: “ Bu baxımdan yanaşdıqda Ermənistanla müqayisə oluna bilməz. Təklif edirəm ki, şəhid və Qarabağ əlillərinə verilən müavinət artırılsın. Bu arada qeyd edim ki, Ermənistana yeni müdafiə naziri təyin olunanda belə sistem yarandı ki, Qarabağda ölənlər üçün 20 min, əlil olanlar üçün 10 min  vəsait  ayrıldı.  Azərbaycan dövlətinin imkanı var ki, şəhid və Qarabağ əlilləri üçün ayırdığı vəsaiti artırsın”.

***

“Qarabağ müharibəsi veteranlarının sayı 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı 50 manatdır. O rəqəm təyin olunandan bu günə qədər dəyişmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib. O bildirib ki, kommunal xərclər artırılanda da bu rəqəmə də dəyişiklik olunmalıdır. Azərbaycanda Qarabağ veteranları, Çernobil əlilləri və şəhid ailələri var. Onların sayı çoxaldıqca sosial müdafiəsi ilə məşğul olmalıyıq. Qarabağ veteranların 12 mini təxminən pensiyaçıdır. Onlara pensiya 11 manat hesab olunur. Bu təqaüdə çıxan da bəyəm veteranlıqdan da çıxır? Bu pul ona müharibədə iştirak etyidiynə görə verilir. Lakin o pensiyaya çıxan müharibə veteranının haqqını 11 manata salmamalıyıq. 50 manat onun pensiyasına əlavə edilməlidir. Vətəndaşımız dövlət orqanından narazı düşmələli, öz haqqını almalıdır. Şəhid ailələr və veteranlar üçün evlər verilir. Lakin əfqanıstan veteranları və çernobıl əlillərinə də evlər verilməlidir. O vaxt vətən ora hesab olunurdu. Özbaşına gedib döyüşməyib ki? Göndəriblər gedib də. Ona görə şəhid ailəsinin mənzil məişət şəraiti düzəldiləndə Çernobil ailələrinə də diqqət edilməlidir”.

 Günel Türksoy