Şəhidimiz dəfn edildi

sehidimiz-defn-edildi
Oxunma sayı: 919


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, şəhidin cənazəsi səhər saatlarında doğulduğu Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib. Şəhidlə vida mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak edib.

Yaxınları Səməndər Kərimovun hərbi xidməti başa vurmasına 15 gün qaldığını deyirlər. S.Kərimov Tərtərin işğal altında olan Çiləbürt kəndindən açılan snayper atəşi nəticəsində həlak olub. Çavuş postda döyüş növbəsini apararkən düşmənin açdığı snayper atəşi nəticəsində başından vurulub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. 

Allah rəhmət eləsin!