Şəhidimiz Qəbələdə dəfn edildi

sehidimiz-qebelede-defn-edildi
Oxunma sayı: 2854

Azərbaycan Ordusunun şəhid olan əsgəri Səməd Alışov bu gün doğulduğu Qəbələ rayonunda dəfn edilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, 1999-cu il təvəllüdlü Alışov Səməd Anar oğlu rayonun Ziring kənd qəbristanlığında torpağa tapşırılıb.
 
Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Alışov Səməd Anar oğlu şəhid olub.