Şəhidimizin dəfn mərasimindən- - Fotolar

sehidimizin-defn-merasiminden-
Oxunma sayı: 3083


“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyi Hərbi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışaraq qeyd etdi ki, Səbuhi Əzizov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu idi. O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Ömrü yarıyolda qırılsa da, leytenant Əzizovun xatirəsi qədirbilən xalqımız və Milli Ordumuzun əsgər və zabitləri tərəfindən həmişə əziz tutulacaq, onun qisası artıqlaması ilə düşməndən alınacaq və qanı yerdə qalmayacaq. 

Sonra mərasim iştirakçılarının nəzərinə çatdırdı ki, şəhid zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif olunmuşdu. 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Heydər Piriyev şəhid zabitin vaxtilə təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisəsi professor-müəllim, zabit və kursant heyətinin də bu ağır xəbərdən sarsıldığını, lakin leytenant Əzizovun şəhidlik zirvəsinə yüksəldiyindən böyük qürur duyduqlarını, onun daim xatirələrdə yaşayacağını, tezliklə şəhidlərimizin intiqamının alınacağını, işğal altında olan tarixi torpaqlarımızdan son düşmən əsgərini geri oturtmayınca mübarizəni dayandırmayacaqlarını bəyan edib. 

Vida mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşlər altında son mənzilə uğurlayıb. 

Məzar üzərinə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Qobustan Rayon İcra Hakimiyyəti və digər təşkilatlar adından əklillər, gül dəstələri qoyulub. 

Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib. 

 dedilər və vida mərasiminin yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.Şəhid valideynləri - Rüstəm və Nəsibə Əzizovlar çox ağır itki olmasına baxmayaraq, oğlunun öz şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, «Vətən sağ olsun!», 

Mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş kəndin digər şəhidlərinin də məzarlarını ziyarət etdiblər!