Şəhidlər Xiyabanı və Heydər Əliyevin məzarı ziyarət olundu

sehidler-xiyabani-ve-heyder-eliyevin-mezari-ziyaret-olundu
Oxunma sayı: 702

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, Ramazan bayramı münasibəti ilə təşkil edilən ziyarətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Dövlət Komitəsinin məsul əməkdaşları, həmçinin aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin və i oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib, məzarlarıı önünə əklil və gül dəstələri qoyulub. Dini icma nümayəndələri tərəfindən edilən dualarla, müasir Azərbaycan dövlətnin banisi və oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirələri yad edilib.

Daha sonra Dövlət Komitəsinin nümayəndələri və dini icma rəhbərləri Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüb, dualar ediblər.