Səhiyyə nazirliyi 3000 nəfəri işdən çıxardı

sehiyye-nazirliyi-3000-neferi-isden-cixardi-
Oxunma sayı: 640

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib. "Onların təxminən 50 faizi - 3000-3500 nəfəri artıq işdən azad edilib", - Ağayev deyib.

Onun sözlərinə görə, qanunvericilikdə bu insanları işdə saxlamaq üçün müəyyən meyarlar müəyyənləşdirilib. "Biz də buna uyğun tədbirlər görürük. Ucqar, kadra ehtiyacı olan yerlərdə yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinə ehtiyatla yanaşılır", - nazir müavini deyib.

Ağayev əlavə edib ki, 65-70 yaşlı işçilərin işdən azad edilməsini müəssisələr özləri həyata keçirirlər, sonra isə bu barədə Səhiyyə Nazirliyinə məlumat verirlər.