Səhlab Bağırovdan Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama

sehlab-bagirovdan-milli-suranin-mitinqi-ile-bagli
Oxunma sayı: 6392

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın bu günə planlaşdırdığı mitinqin təhlükəsizliyini həmişəki kimi təmin edəcək.

Bu barədə "Qafqazinfo"ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

O bildirib ki, DTX-nın məlum əməlliyyatları, mitinqdə terror aktının törədiləcəyi ilə bağlı yayılan məlumatlar onların təhlükəsizlik planlarında hər hansı bir dəyişiklik yaratmayacaq:

"Polis onsuz da hər mitinqdən öncə həmin ərazini yüksək səviyyədə nəzərdən keçirirdi. Bu dəfə də elə olacaq. Yəni təhlükəsizlik tədbirləri əvvəl  necə nəzərdə tutulmuşdusa, elə həmin şəkildə həyata keçiriləcək".