“Səhnədə söyuş söyə bilsəm, mənə dahi deyəcəklər” - Fotolar

sehnede-soyus-soye-bilsem-mene-dahi-deyecekler-fotolar
Oxunma sayı: 900

Bu barədə “Qafqazinfo”ya aktyor özü açıqlama verib: “Hal hal-hazırda “Ögey ata” adlı kinokamediyanın son çəkilişləri gedir. Film bitər-bitməz “Stendap şou 2 Nostalji”nin məşqlərinə start verəcəyik. Konsertdə hamının maraq dairəsində olan 20-21 mövzuya toxunacağıq. Konsertin umumi gedişati 3 saat nəzərdə tutulub. Bu format Azərbaycan üçün yenidir. Amma mənim üçün bu artıq sayca iki olacaq. Əgər yadınızdadırsa, Azərbaycanda 2010-cu ildə “Stendap Şou Tək Səbr” adli ilk konserti də mən etmişdim”.

Fərda onu da qeyd edib ki, konsert üçün əgər sponsor tapa bilməsə “Stendap şou 2 Nostalji”ni öz gücünə həyata keçirəcək: “Dəstək olan olsa, yaxşı olar. Yox, əgər yardım edən olmazsa, həmişəki kimi öz gücümə bu konserti reallaşdıracağam. Konserti may ayının 15-i etmək fikirindəyik. Çox xahiş edirəm bu konsertə gələnlər yumor üçün gəlsin”.

Fərda son zamanlar onu Turkiyənin məşhur yumor ustası Cem Yılmazla müqayisə etmələrinə də münasibət bildirib: “Məni Cem Yılmazla müqayisə edən insalara demək istəyirəm ki, Cem Yılmaz turk dilini başa düşənlər uçün doğrudan da dahidir. Cem Yılmazın kollektivində olan 20-22 nəfər heyəti mən də ətrafıma toplaya bilsəm və onun kimi səhnədə istənilən söyuşü söyə bilsəm sözsüz ki, o zaman mənə də dahi deyəcəklər. Amma mən söyüşsüz dahi olacağam, sizə söz verirəm. Bilmək olmaz, Cem Yılmazın yaşına qədər mən hələ çox şeyə nail olacağam. Vaxt gələcək mənə Azərbaycanda stendapın dahisi deyəcəklər. Bu formatı Azərbaycana gətirdiyim üçün xoşbəxtəm”.

Aynur B.