Səhnədə yıxıldı, xəstəxanalıq oldu - Video

sehnede-yixildi-xestexanaliq-oldu
Oxunma sayı: 2062

Rumıniyalı məşhur ulduz İnnanın İstanbuldakı konsertində başına iş gəlib.  “Qafqazinfo” xəbər verir ki, müğənni səhnədə rəqs edərkən gözlənilməz hadisə ilə üzləşib. Belə ki, ifaçının rəqqaslarından biri oynayarkən səhnə çöküb və o, zədə almadan xilas olub. 

İnna isə rəqqasın yanında olub və komanda üzvünün düşdüyün görməyib.  O da hərəkət edən zaman yerə yıxılıb və ayağından zədə alıb.  Müğənni bir neçə dəqiqə sonra “Narahat olmayın, yaxşıyam” deyib və səhiyyə işçilərinin müdaxiləsindən sonra səhnəyə çıxıb. İnna konsertdən sonra xəstəxanaya aparılıb.