“Səhnəyə Azərbaycan və Türkiyə bayraqları ilə çıxacam”

sehneye-azerbaycan-ve-turkiye-bayraqlari-ile-cixacam
Oxunma sayı: 1542

“Güclü hazırlıqlar gedir. İstər xoreoqrafiya, istərsə də vokal olsun- açığı, hər şey ürəyimcədir. Səhnədə həyəcan az olsa, özümü göstərə bilsəm, qalib Azərbaycan olacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri bu il Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayev deyib. O, Türkiyə KİV-nə açıqlamasında “Truth” mahnısının sonunda muğam oxuyacağını qeyd edib:

“Çox möhtəşəm bir səhnə hazırlamışıq. Mənə elə gəlir ki, “Eurovision” belə bir səhnə görməyib. Çox istərdim ki, qalib olarkən həm Azərbaycan, həm də Türkiyə bayraqlarını səhnədə dalğalandırım. Mahnının sonunda muğam ifa edəcəm. Düşünürəm ki, Azərbaycan musiqisini 300 milyon insana çatdırmaq gözəl hiss olacaq”.