Səhnəyə çıxmağa hazırlaşırdı - Bomba xəbəri gəldi

sehneye-cixmaga-hazirlasirdi
Oxunma sayı: 2569

Məşhur türkiyəli müğənni Sərdar Ortaçın konsertinin keçiriləcəyi əyləncə mərkəzi bomba xəbərdarlığı ilə boşaldılıb.

"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bolqarıstanın Svilenqrad şəhərində özəl bir əyləncə mərkəzində baş verib.

Belə ki, Sərdar Ortaçın səhnəyə çıxmasına bir neçə dəqiqə qalmış bomba xəbərdarlığı gəlib. Aralarında türklərin də olduğu yüzlərlə qonaq təşvişə düşüb.

Polis əyləncə mərkəzinin yerləşdiyi əraziyə gedib.