“Sehrbazlar dərəsi” 2-ci dəfə nəşr olundu

sehrbazlar-deresi-2-ci-defe-nesr-olundu
Oxunma sayı: 1534

Yazıçı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanının ikinci nəşri işıq üzü görüb. “Qafqazinfo” xəbər verir ki, kitab “Qanun” Nəşriyyatında çap olunub.

İlk dəfə 2006-cı ildə nəşr olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Əsər müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkib. Romana ön sözü professor Aydın Talıbzadə yazıb.
 
Kitabda italiyalı professor, məşhur şərqşünas alim Franko Kardininin, romanın fransız dilinə tərcüməçisi Daniyet Rottenberqin, rusiyalı alim Lyudmila Lavrovanın, rumıniyalı ədəbiyyatşünas Lyudmila Bejenarunun, professor Aydın Talıbzadənin “Sehrbazlar dərəsi” romanı haqqındakı yüksək fikirləri də yer alıb.