Şəhriyar Aronyanla heç-heçə etdi

sehriyar-aronyanla-hec-hece-etdi
Oxunma sayı: 1625

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirində bu gün IX turun görüşləri olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.