Şəhriyar Məmmədyarov Norveçdə superturnirə qatılacaq

sehriyar-memmedyarov-norvecde-superturnire-qatilacaq
Oxunma sayı: 686

Mayın 28-də Stavanqerdə “Altibox Norveç Chess” superturniri keçiriləcək.

 "Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, iyunun 8-dək davam edəcək yarışda Azərbaycan Şəhriyar Məmmədyarovla təmsil olunacaq.

Turnirdə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Dinq Liren (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) mübarizə aparacaqlar.

Mayın 27-də isə şahmatçılar arasında blits turnir təşkil olunacaq.