Şəhriyar qaydanı pozdu

Şəhriyar qaydanı pozdu
Oxunma sayı: 1101

Aparıcı-aktyor Şəhriyar Əbilov yol hərəkəti qaydalarını pozub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əbilovun özü instaqramda məlumat yayıb. 

O,  “99- KK-610” dövlət nişanlı, “Niva” markalı avtomobillə Bakı-Ələt yolunun 48-ci kilometrliyində qayda pozub. 

Teleaparıcı   “Bizim yol polislərinin gözündən heç nə qaçmır. Bu şəklə görə təşəkkürümüzü bildiririk. Özü də instaqrama “istoriya” çəkəndə bizi yaxalayıblar” – deyə fotoya şərh yazıb.

Bundan əlavə, Şəhriyar dostu ilə Lənkərana toya getdiyini bildirib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi